Suriyadakı müharibədən Almaniyaya qaçan şəxs seçkilərdə qalib gəldi

2015-ci ildə Suriyadakı vətəndaş müharibəsindən qaçaraq Almaniyaya gedən Ryyan Alşebl Ostelheim kəndinin bələdiyyə sədri seçilib.

Metbuat.az xəbər verir ki, Baden-Vürtemberq əyalətinin Ostelsheim kəndində keçirilən seçkilərdə Alşebl 55,41 faiz səs toplayıb.Bildirilib ki, Yaşıllar partiyasının üzvü olan Alşebl seçkilərə müstəqil namizəd kimi qatılıb. 29 yaşlı Alshebl alman dilini tez öyrənib və artıq 7 ildir ki, Althengstett şəhərində işləyir.

Seçkilərdən bir neçə həftə əvvəl 200-dən çox evə baş çəkdiyini vurğulayan Alşebl, sakinlərlə xoş danışıqlar apardığını qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR