Mehriban Xanlarovadan mərhum xalq artistini təqdin edənlərə REAKSİYA -

Əməkdar artist Mehriban Xanlarova mərhum Azərpaşa Nemətov barədə status yazan aktyorlara sərt reaksiya verib.

Metbuat.az xəbər verir ki, bu barədə aktrisa "Instagram"da paylaşım edib. O, Azərpaşa Nemətov öldükdən sonra onun haqqında mənfi status yazan həmkarlarını qorxaq adlandırıb.

"Sosial şəbəkələrdə oxuyuram ki, bu gün dünyasını dəyişən və hələ dəfn olunmamış Azərpaşa Nemətov haqqında artıq-əskik danışırlar. Ölən insanın arxasınca artıq-əskik danışmaq insanlığa sığmır! Cəsarəti çatan çıxıb sözünü deyərdi! Kimsə öləndən sonra ona qarşı “şirə dönmək” qorxaqlıqdır! Bu ölümdən hamı üçün var! Kimə rəhmət düşür, ya düşmür Allahın biləcəyi işdir!"

Qeyd edək ki, aktyor Hikmət Rəhimov qalmaqal yaşadığı Azər Paşa Nemətovla bağlı statusu da müzakirələrə səbəb olub: "Elə yaşayın ki, bir gün ..... təpik vurub bu planetdən sizi aşırdanda, bir heç olduğunuzu tanrı qarşısında anlayasınız. Sənə heç bir rəhmət düşmür, sənə bunu demişdim. İndi o anı yaşayıram. Allah həqiqətən böýükdür".

Aktyor Kamran Yunis mərhum Xalq artisti Azər Paşa Nemətovu tənqid edərək bunları yazıb: “Bu da öldü... İndi kim: Mən! Mən! Mən deyəcək? Bəlkə də belə yazmaqda haqsızam, amma elə yaşayaq ki, rəhmət deyənlər çox olsun! Fuad Poladovu teatrdan uzaqlaşdıran və ya son zərbə vurana mənim kitabımda sayğı yoxdur. Hələ teatrdan qovduğu həqiqi istedadlı gəncləri sadalamıram. İlham Hüseynov, Hikmət Rəhimov, Murad İsmayıl... Bu gənclər hərəsi bir teatrdır. Ustadınızdır, gedin yas tutun. Mənim dəyərlər sistemim belədir”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR