Vanda Naranın ​"Qalatasaray”la bağlı planı üzə çıxdı -

"Qalatasaray”da icarə əsasında oynayan PSJ-nin futbolçusu Mauro İkardi Türkiyədə qalmaq istəyir.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, iddialara görə, “Qalatasaray” klubu futbolçunu klubda saxlamaq üçün yeni təklif hazırlayıb. Lakin onun sevgilisi və eyni zamanda meneceri olan Vanda Nara, İkardinin “Qalatasaray”dan ayrılmasını istəyir. İddialara görə, Nara İkardinin İtaliyanın “Milan” klubunda oynamasına cəhd göstərir.

Qeyd edək ki, İkardinin mövsümün sonunda “Qalatasaray”la müqaviləsi başa çatacaq. Argentinanın “TNT Sports” telekanalına danışan Mauro İkardi "Qalatasaray"da xoşbəxt olduğunu və İstanbulda qalmaq istədiyini bildirmişdi. "Burada qalmaq istəyirəm. PSJ-yə qayıtmaq istəmirəm. Burada özümü dünyanın ən yaxşı oyunçusu kimi hiss edirəm. Burada mənə böyük maraq var" - İkardi bildirmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR