“WhatsApp”da yenilik:

“WhatsApp” yeni funksiyanı təqdim etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, hazırda sınaq mərhələsində olan funksiya istifadəçilərə proqramdan çıxmadan kontaktlar əlavə etmək və ya istifadəçi məlumatlarını redaktə etmək imkanı verəcək. Yeni funksiyanın ekran görüntüsü də paylaşılıb. Bildirilir, bu funksiya vasitəsilə istifadəçilər asanlıqla kontakt siyahılarına və ya “Google” hesablarına yeni istifadəçilər əlavə edə bilirlər. Beləliklə, istifadəçilər yeni insanlar əlavə edərkən onlardan proqramlar arasında keçid tələb edilməyəcək.

Məlumata görə, yeni funksiya beta istifadəçilərinə təqdim edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR