Mövqeyi dəyişməyən Ermənistan: “Praqa və Soçidə əldə edilən nəticənin üstündən xətt çəkildi”

“Erməni separatçıları Avropa İttifaqının Ermənistanda yerləşən missiyasından istifadə edərək ölkəmizə qarşı məkrli planı icra etməyə çalışdı. Amma nəzərdən qaçırdıqları mühüm detal o idi ki, Azərbaycan ordusu ayıq-sayıqdır, peşəkardır, güclüdür və vaxtında düşmənə layiqli cavabı verəcək”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

“Təxribat törədən Ermənistan tərəfi bilirdi ki, Azərbaycan preventiv tədbirlər görərək, adekvat addımlar atacaq. Azərbaycanla delimitasiya olunmamış şərti sərhəddə texnikanın cəlb olunması ilə mühəndis istehkam işlərinin qurulması da cavabsız qalmayacaqdır. Eyni zamanda, qlobal məkanda gedən mübarizə fonunda Cənubi Qafqazda eskalasiya yaratmaq, burada öz maraqlarını təmin etmək, geosiyasi konfiqurasiyanı dəyişmək naminə də müxtəlif istəklər sözünü ifadə edir. Ermənistan müxtəlif dövlətlərlə hərbi razılaşma əldə edərək, burada gücləndiyini düşünür və məhz güc müstəvisində balansı dəyişmək istəyini ifadə edir. Amma Ermənistan bu təxribatları ilə anlamalıdır ki, Azərbaycan güclü dövlətdir və Ermənistan dövlətçiliyinin sonu gələ bilər”.

Ermənistan üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirmədiyini xatırladan İlyas Hüseynov qeyd etdi ki, Praqa və Soçi görüşündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təsbit olunmuşdusa, Ermənistanın sonrakı addımlarında sonrakı çıxışlarında bu əldə olunan razılaşmanın da üzərindən xətt çəkmiş oldu.

“Ermənistanın daxilində də, hərc-mərclik xaos özünü müxtəlif səviyyələrdə nümayiş etdirir. Təxribatlar sayəsində siyasi, diplomatik danışıqlara Ermənistan tərəfi zərbə vurur və razılaşma əldə olunmur. Ona görə də Ermənistan anlamalıdır ki, Azərbaycan bundan sonra da düşmənə layiqli cavabını verəcək və istənilən təxribatın qarşısı amansızlıqla alınacaqdır”,- deyə İlyas Hüseynov fikrini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR