Gecənin nəticələri:

UEFA Çempionlar Liqasında 1/4 finalın ilk matçlarına yekun vurulub.

Metbuat.az xəbər verir ki, axırıncı oyun günündə də iki qarşılaşma keçirilib.

"Real Madrid" İspaniyada İngiltərənin "Çelsi" komandasını 2 cavabsız qolla məğlub edib. Qollar müəllifi 22-ci dəqiqədə Kərim Benzema və 74-cü dəqiqədə Marko Asensio olub.

Digər oyun isə İtaliyada "Milan" və "Napoli" arasında baş tutub. Qarşılaşmanın taleyini 1 qol həll edib. 40-cı dəqiqədə İsmael Bennaser rəqib qapısına yol taparaq, rossonyerlərə qələbə qazandırıb.

Cavab oyunları aprelin 18-də olacaq.

Qeyd edək ki, 1/4 finalın ilk oyunlarında "Mançester Siti" İngiltərədə Almaniya "Bavariya"sına 3:0, İtaliya "İnter"i isə Portuqaliyada "Benfika"ya 2:0 hesabı ilə qalib gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR