Ukrayna ərazisində bir çox Qərb dövlətlərinin, o cümlədən Böyük Britaniya, Fransa və ABŞ-ın xüsusi təyinatlı hərbi qüvvələri fəaliyyət göstərir.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyindən internetə sızan “tam məxfi” sənədlərdə qeyd edilib. Bildirilir ki, Ukraynada ən çox xüsusi təyinatlı qüvvəsi olan Böyük Britaniyadır. Britaniyanın Ukraynada 50, Latviyanın 17, Fransanın 15, ABŞ-ın 14 Hollandiyanın isə 1 xüsusi təyinatlısı var.
Qeyd edək ki, sənədlərin internetə sızmasından sonra ABŞ və müttəfiqləri arasında gərginlik yaranıb. ABŞ sənədlərlə bağlı məsələnin araşdırıldığını qeyd edib.