Lavrov Braziliyaya getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Braziliyanın paytaxtına gəlib.

Metbuat.az xəbər verir kli, Lavrovun səfəri Latın Amerikası turnesi çərçivəsində təşkil olunub. Rusiya XİN rəhbəri daha sonra Venesuela, Nikaraqua və Kubaya səfər edəcək.

Braziliyada rusiyalı nazir ölkə rəhbərliyi ilə yanaşı, braziliyalı həmkarı Mauro Vieyra ilə də görüşəcək.

Məlumat üçün bildirək ki, iki ölkənin nazirləri sonucu dəfə mart ayında Yeni Dehlidə keçirilən G20 Xarici İşlər Nazirləri Şurası çərçivəsində görüşüblər.

Qeyd edək ki, Lavrovun turnesi aprelin 21-nə qədər davam edəcək. Səfərin gündəliyində gündəm iki ölkə arasında siyasi, ticarət-iqtisadi, təhsil, humanitar, mədəni və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə yönəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR