“WhatsApp”dan möhtəşəm yenilik:

“WhatsApp” faylları təkrar göndərməzdən əvvəl onlara izah əlavə etməyə imkan verən yeni funksiyanı sınaqdan keçirir.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, tətbiqin “Android” 2.23.8.22 beta versiyasında fotolar, videolar, sənədlər və ya GIF-lərə başlıqlar daxil etmək üçün yeni mətn sahəsi olacaq.

Faylı təkrar göndərmək üçün düymə basıldıqda proqram mövcud təsviri silmək və istifadəçinin öz imzasını əlavə etmək imkanını verəcək.

“Mediafaylı təkrar göndərməmişdən əvvəl izahlı mesajın əlavə edilməsi - anlaşılmazlıqların qarşısını ala və proqram daxilində ünsiyyəti yaxşılaşdıra bilər”, - deyə tərtibatçılar vurğulayıblar.

Funksiya geniş auditoriya üçün yaxın günlərdə əlçatan olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR