Sudandakı hadisələr hökuməti ələ keçirmək üçün çevriliş cəhdidir -

Sudan ordusunun sözçüsü Nabil Abdullah ölkədəki toqquşmalarla bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, baş verən hadisələr siyasi fikir ayrılığı deyil, hökuməti ələ keçirmək üçün çevriliş cəhdidir. Abdullah dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, ölkədəki toqquşmalara Çevik Dəstək Qüvvələrinin paytaxt və əyalətlərdə səfərbər olması və rəhbərliyin ölkə daxilində və xaricində şübhəli hərəkətləri ilə başlayıb. Onun iddiasına görə, üsyançı milislər paytaxtın Erkevit rayonundakı İdman Şəhəri kompleksi ətrafında hərbçilərə hücum edib.

"Həmin gün bu qüvvələr ölkədəki bütün hərbi obyektləri, o cümlədən ordunun paytaxtdakı baş komandanlığını ələ keçirməyə cəhd etdilər. İndi onların hamısı bizim nəzarətimizdədir. Bu, ilk uğurlu mərhələ idi. Həmin mərhələdə Çevik Dəstək Qüvvələrinin üzvlərinin əksəriyyəti təslim oldu. Biz vətəndaşlarımız zərər görməsin və mülki vətəndaşlar həlak olmasın deyə əməliyyatları genişləndirmək istəmədik. İndi qiyamçı qüvvələr paytaxtdan qaçmağa çalışırlar” –Abdullah deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR