Dünya Kuboku zamanı məşhurlaşan model Bakıya gələcək -

Məşhur model və sosial şəbəkə fenomeni İvana Knoll Formula 1 Bakı Qran Prisi üçün paytaxtımıza gələcək.

Metbuat.az xəbər verir ki, o bu barədə instaqram hesabında paylaşım edib.

İ.Knoll bildirib ki, ilk dəfə Bakıda keçiriləcək yarışda iştirak edəcək.

Qeyd edək ki, İvana 2022-ci ildə Qətərdə keçirilən Dünya Kuboku zamanı məşhurlaşıb. O, açıq geyimdə matç izləməyə yollanıb. Mediada Qətərdə insanların onun ölkəyə gəlişinə qadağa qoyulmasını, həbs olunmasını tələb etdiyi yazılıb. İnsanlar hətta modelin matç izlənməyə buraxılmamasını istəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR