Sudanda atəşkəs elan edildi

Sudanda ordu və Çevik Dəstək Qüvvələri 72 saatlıq yeni atəşkəs haqqında qərar qəbul ediblər.

Metbuat.az xəbər verir ki, Çevik Dəstək Qüvvələrinin açıqlamasına görə, ABŞ-ın vasitəçiliyi ilə humanitar yardım dəhlizlərinin açılması, vətəndaşların və sakinlərin gediş-gəlişinin asanlaşdırılması, xəstəxanalara və təhlükəsiz bölgələrə çatdırılması, diplomatik nümayəndəliklərin boşaldılması üçün humanitar atəşkəs qərarı verilib. Çevik Dəstək Qüvvələri əcnəbilərin və diplomatik nümayəndəliklərin ölkədən təhlükəsiz çıxışını təmin etmək üçün əməkdaşlığa hazır olduğu bildirib.

Elan edilən atəşkəs dövründə buna əməl ediləcəyi qeyd edilib. Açıqlamada bildirilir ki, ordu atəşkəsi pozarsa cavab veriləcək. “Aljazeera” televiziyasına açıqlama verən yüksək rütbəli hərbçi, ordunun ABŞ-ın vasitəçiliyi ilə 3 günlük atəşkəsi qəbul etdiyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR