Qarabağdakı Rusiya sülhməramlılarının komandanı DƏYİŞİR

Sülhməramlıların komandanı general-mayor Andrey Volkovun Qarabağdan gedəcəyi iddia edilir.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb. Nəşr qeyd edib ki, Rusiya tərəfi Volkovun fəaliyyətindən narazıdır. Onun yerinə isə yaxın günlərdə yeni təyinat olacaq.

"Hraparak" həmçinin yazır ki, Andrey Volkov artıq getməyə hazırlaşır.

Qeyd edək ki, Volkov ötən ilin yanvarından sülhməramlılara başçılıq edir. General-mayor Andrey Volkov Rusiyanın Kostroma vilayətində Ali Hərbi Komandanlıq Kimyəvi Silahlardan Müdafiə Məktəbində təhsil alıb. Şimali Qafqaz Hərbi Dairəsinin qərargahında xidmət edib. Volkov 1986-cı ildə Əfqanıstanın Künduz şəhərində zabit kimi xidmətə başlayıb.

Əfqanıstanda xidmət etdikdən sonra Andrey Volkov Qroznı ətrafında yerləşən özüyeriyən artilleriya alayında xidmətə başlayıb. 201-ci motoatıcı diviziyasının və Baqlan əyalətində Puli-Xumridə yerləşən motoatıcı alayın komandiri olub O, bir müddət Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisi vəzifəsində çalışıb. 2000-ci ildə ona müddətdən əvvəl polkovnik hərbi rütbəsi verilib və “Şücaət” ordeni ilə də təltif edilib.

Andrey Volkov 2017-ci ildə Suriyada xidmətə göndərilib.

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradovun müavini vəzifəsini yerinə yetirib. Bundan sonra isə general-leytenant Gennadi Anaşkinin yerinə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni rəhbər təyin olunub.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR