Turistləri kosmosa aparacaq kosmik gəminin uçuş sınağı uğurla oldu

Kosmik turizmin inkişafı üçün yeni addım atılıb.

Metbuat.az xəbər verir ki, “Virgin Galactic”in kosmik gəmisinin yeni sınağı uğurla başa çatıb. Məlumata görə, şirkətin turistləri kosmosa aparacaq kosmik gəminin uçuş sınağı uğurla keçib. “Unity” adlı kosmik təyyarə ABŞ-ın Nyu-Meksiko ştatından havaya qalxıb. Daşıyıcı təyyarəni 14 kilometr hündürlükdə tərk edən kosmik gəmi 9 dəqiqə ərzində yenidən bazaya qayıdıb. Şirkət həmçinin kosmik gəminin raket sınaqlarını keçirməyi hədəfləyir.

Qeyd edək ki, indiyədək dünyanın müxtəlif yerlərindən 600-dən çox insan kosmosa səyahət üçün bilet alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR