Mirzoyan: "Ermənistan üçün danışıqların Rusiya, ya da Qərbdə keçirilməsinin fərqi yoxdur"

“Ermənistan Rusiya və Qərbdəki danışıqlar platformaları arasında heç bir fərq qoymur”.

Metbuat.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vahid sülh müqaviləsi var və danışıqlar eyni sülh müqaviləsi üzrə davam edir: “İrəvan dialoq üçün platforma təmin edən və bu prosesdə körpü olmağa çalışan bütün ölkələrə minnətdardır. Bizim üçün danışıqların Moskvada, Vaşinqtonda və ya Brüsseldə aparılmasının fərqi yoxdur”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR