Tərtərdə minaya düşənlərdən ikisi qonşu olublar

Xəbər verdiyimiz kimi, dünən Tərtərdə üç nəfər avtomobillə hərəkətdə olarkən minaya düşüb. Hadisə nəticəsində 1982-ci il təvəllüdlü Nadir Yusifov, 1981-ci il təvəllüdlü Səxavət Gözəlov və 1996-cı il təvəllüdlü Fərid Sədiyev həyatlarını itiriblər.

Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, hadisə zamanı həlak olan Səxavət Gözəlov və Nadir Yusifov qonşu olublar.

Səxavət Gözəlovun 2 oğlu, Nadir Yusifovun 1 qızı və 1 oğlu olub. S.Gözəlovun həyat yoldaşı illərdir xəstəlikdən əziyyət çəkir.

Onların hər ikisi Füzuli rayonu Əhmədalılar kəndindəndir. Səxavət Gözəlov və Nadir Yusifovun bu yaxınlarda “RPS Energy Ltd.” şirkətində işə başladıqları bildirilir.

Həlak olan şəxslər Füzuli rayonunda dəfn olunacaqlar.

Qeyd edək ki, faktla bağlı Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR