3 nəfərin öldüyü mina partlayışının TƏFƏRRÜATI: Həmin yol əvvəllər... - FOTO

Ötən gün Tərtərin işğaldan azad edilən Talış kəndi ərazisindəki insan tələfatıyla nəticələnən mina partlayışının olduğu əraziyə media-tur təşkil olunub.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, hadisə Talış kəndindən, Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində olan hissəsində qeydə alınıb. Hadisənin baş verdiyi ərazi əvvəllər qoşunların təmas xətti olub.

Minaya düşən şəxslərin hərəkət etdikləri yolda qalın ot örtüyü olub. Hadisənin baş verdiyi ərazidə tank əleyhinə mina olub. Hərəkətdə olan avtomobil şahmat üsulu ilə basdırılan minalardan birinə toxunub. Partlayış zamanı avtomobil yoldan kənara düşüb. Partlayan minanın TM62 PM markalı tank əleyhinə mina olduğu bildirilir.

Tank əleyhinə minanın partlayışı nəticəsində RPS Energy Ltd. şirkəti ilə çalışan Yusifov Nadir Pənah oğlu, Gözəlov Səxavət İsmayıl oğlu və Sədiyev Fərid Mehman oğlu həlak olublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı