"Azərbaycanla əlaqələrimizi genişləndirməkdən şadıq" - “Formula 1”in prezidenti

Azərbaycanla əlaqələrimizi genişləndirməkdən şadıq. Birgə inkişafı davam etdirməyi səbirsizliklə gözləyirik.

Metbuat.az xəbər verir ki, bunu "Formula 1"in prezidenti Stefano Domenikali Azərbaycan Qran-Prisi ilə müqavilənin uzadılması ilə bağlı danışarkən deyib.

Əlli səkkiz yaşlı funksioner Bakı Şəhər Halqasının "Formula 1" üçün çox məşhur məkana çevrildiyini bildirib: "Bu həmişə maraqlı yarışa ev sahibliyi edən inanılmaz trasdır".

Qeyd edək ki, "Formula 1" Azərbaycan Qran-Prisi ilə müqavilənin müddətini 2026-cı ilədək uzadıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı