Ançelotti Ardaya müjdə verdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Valensiya" ilə oyun öncəsi açıqlama verib.

Metbuat.az xəbər verir ki, italyan məşqçi Arda Güler və Endriklə bağlı diqqətçəkən fikirlər səsləndirib. İspaniya Kral Kubokunun yarımfinal matçında "Real Sosyedad"la qarşılaşmada məhsuldar ötürmə edən Arda Güler haqqında danışan Ançelotti, türk futbolçuya daha çox şans vermək istəyir. Ançelotti, "Arda Güler və Endrik çox yaxşı oynayırlar. Onlar "Valensiya"ya qarşı oynaya bilərlər", - deyə bildirib.

İtaliyalı məşqçi bildirib ki, hər iki futbolçu mövsümün sonuna doğru mühüm rol oynaya bilərlər. Qeyd edək ki, Arda Güler bu mövsüm “Real Madrid”də 32 matçda forma geyinib. Futbolçu bu matçlarda 3 qol və 7 məhsuldar ötürmə ilə çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı