FHN Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mərasim keçirilib

FHN Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş mərasim keçirilib
14:32 19 Yanvar 2015
75 Digər
Ölkə mətbuatı
A- A+

[ 19 Yanvar 2015 14:27 ]

Bakı – APA. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilib.

 FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə iştirak edən fövqəladə hallar nazirinin müavinləri, nazirliyin məsul işçiləri, FHN Akademiyasının müəllim heyəti və kursantlar əvvəlcə vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
 

Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov mərasimi açaraq bildirib ki, müstəqilliyimiz uğrunda mübarizədə həlak olan Yanvar şəhidlərinin xatirəsi hər zaman ürəklərdə yaşayacaq və onların qəhrəmanlığı gənclər üçün bir vətənpərvərlik örnəyidir.
 

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev çıxışında 20 Yanvar hadisələrindən ətraflı bəhs edərək həmin ağır günlərdə Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getdiyini və öz xalqı ilə həmrəylik nümayiş etdirdiyini, məhz onun yenidən siyasi hakimiyyətə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.
 

Mərasimdə akademiyanın rəis müavini, polkovnik Afət Qurbanov Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların şücaətindən bəhs edən məruzə ilə çıxış edib.
 

Sonda qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369594

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR