"Türkiyə olmadan Qafqazda hansısa proses baş verə bilməz" - Hulusi Akar

“Türkiyə artıq köhnə Türkiyə deyil. Biz olmadan Balkanlarda, Qafqazda, Yaxın Şərqdə, Qara dəniz bölgəsində hansısa proses baş verə bilməz”.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama verib. O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə beynəlxalq aləmdə lider ölkəyə çevrilib. Hulusi Akar qeyd edib ki, Türkiyə müdafiə, təhlükəsizlik, diplomatiya, iqtisadi və sosial baxımdan güclü mövqedədir. Akar hədəfin daha da irəli getmək olduğunu bəyan edib.

“Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi altında beynəlxalq münasibətlər sistemində konkret mövqe ortaya qoyur. Daha da irəli getməyimiz üçün fəaliyyətimizi davam etdirəcəyik”, - Akar deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı