Messi Səudiyyə Ərəbistanına getdi - “Əl-Hilal” klubuna transferi...

Lionel Messi Səudiyyə Ərəbistanına gedib.

Metbuat.az “NTV spora”a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının turizm naziri Əhməd Əl Xatib açıqlama verib. Əhməd Əl Xatib “Mən Messi və ailəsinin Səudiyyə Ərəbistanında əylənməsinə şadam” deyib. Xarici mənbələrin məlumatına görə, Messi PSJ-nin “Lorient” klubuna məğlub olduğu oyundan sonra klubdan xüsusi icazə alaraq Səudiyyə Ərəbistanına gedib. Məlumata görə, PSJ-nin məşqi mətbuata qapalı keçirilir. Məlumata görə, Messinin Ər-Riyada səfərinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna mümkün transferi ilə bağlı yayılan xəbərlərlə əlaqəsi yoxdur.

Argentinalı hücumçu ərəb ölkəsinin turizm səfiri olduğu üçün 2-ci dəfədir ki, Səudiyyə Ərəbistanına gedir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR