Sürücülərə yazılan bu cərimələr qanunsuzdur - VİDEO

Hərəkətdə olmayan avtommobillərin sürücülərinə, xüsusən də təmir sexlərində günlərlə qalan avtomobillərin texniki baxışdan keçirilməməsinə görə sürücülərə cərimələr yazılan cərimələr qanunsuzdur.

Metbuat.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib. O, Avto Fm-in efirində dinləyicilərindən birinin suallarını cavablayarkən qeyd edib ki, idarə edilməyən avtomobilə görə cərimələrin yazılması doğru deyil: "Bu məsələ ilə bağlı bir neçə şikayət eşitmişəm. Avtomobil hərəkətdə deyilsə, həyətdədirsə, qarajdadırsa və ya digər yerdə saxlanılıbsa, texniki baxışdan keçirilməməyə görə cərimə yazıla bilməz. Texniki baxış hərəkətdə olan nəqliyyat vasitəsi üçün qayda pozuntusudur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı