PSJ hücumçu Lionel Messini 2 həftəlik komandadan uzaqlaşdırıb.
Metbuat.az xəbər verir ki, bu barədə RMC məlumat yayıb.
Messi Fransa çempionatının 33-cü turunda “Loryan”la oyunda (1:3) məğlub olandan sonra Səudiyyə Ərəbistanına gedib. Rəhbərlik Messini razılaşdırılmamış səfərə görə cəzalandırıb.
Bildirilir ki, bundan əvvəl də Messinin bazar ertəsi səhər məşqdə olmaması komanda daxilində, ilk növbədə, futbolçular arasında çoxlu söz-söhbətə səbəb olub.