AFFA “Neftçi”, “Qarabağ” və “Səbail”i böyük məbləğdə cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, toplantıda Azərbaycan Kubokunun yarımfinal mərhələsində, Azərbaycan Premyer Liqasının XXXII turunda yaşananlara hüquqi qiymət verilib.

Metbuat.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Neftçi” - “Turan Tovuz” oyununda meydan sahibi komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

“Neftçi” - “Turan Tovuz” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

“Neftçi” - “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya və dəhlizə “A Buraxılışı” olmayan şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 49.6);

“Neftçi” - “Turan Tovuz” oyununda “Turan Tovuz” futbolçularının ünvanına “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə görə “Neftçi” klubu 4000 manat cərimə edilir (maddə 41.7);

“Neftçi” - “Turan Tovuz” oyununun 90+8-ci dəqiqəsində “Neftçi” klubunun tərcüməçisi Vüqar Əliyev qonaq komandanın rəsmi şəxslərinə qarşı qeyri-etik ifadə və hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün Azərbaycan Kubokunda 5 oyun cəzalanır, “Neftçi” klubu 4000 manat cərimə edilir (maddə 41.4);

27.04.2023-cü il tarixində Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Səbail” - “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Vüqar Həsənov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);

“Səbail” - “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Qustavo de Fransa ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);

“Səbail” - “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Adil Nağıyev ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);

“Səbail” - “Qəbələ” oyununda “Səbail” klubunun 3 futbolçusu qırmızı vərəqə aldığına görə “Səbail” klubu 4800 manat cərimə edilir (maddə 40);

“Səbail” - “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

“Səbail” - “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar əşyalar atıldığına görə “Səbail” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

“Səbail” - “Qəbələ” oyununda matçın rəsmi şəxslərinin ünvanına “Səbail” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə görə “Səbail” klubu 4000 manat cərimə edilir (maddə 41.7);

“Səbail” - “Qəbələ” oyunu bitdikdən sonra “Qəbələ” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Səbail” - “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 39);

Azərbaycan Premyer Liqasının XXXII turunun “Kəpəz” - “Sumqayıt” oyununda rəqib futbolçuların ünvanına “Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələrin işlədilməsinə görə “Kəpəz” klubu 4000 manat cərimə edilir (maddə 41.7);

“Kəpəz” - “Sumqayıt” oyununda “Kəpəz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

“Sabah” - “Şamaxı” oyununda “Sabah” klubunun baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 800 manat cərimə edilir (maddə 47.3);

“Sabah” - “Şamaxı” oyunu bitdikdən sonra “Sabah” klubunun məşqçisi Vitali Kovalyov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə edilir (maddə 47.3);

“Sabah” - “Şamaxı” oyununda meydançaya kənar əşya atıldığına görə “Sabah” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

“Zirə” - “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilir (maddə 39).

“Neftçi” - “Qarabağ” oyununda “Neftçi” klubunun futbolçusu Voyislav Stankoviç təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə edilir (maddə 37.1);

“Neftçi” - “Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə “Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

“Neftçi” - “Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr işlədildiyinə görə “Neftçi” klubu 4000 manat cərimə edilir (maddə 41.7);

“Neftçi” - “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

“Neftçi” - “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə “Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

“Neftçi” - “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr işlədildiyinə görə “Qarabağ” klubu 4000 manat cərimə edilir (maddə 41.7).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı