Messi bu klubla masaya oturdu - Fantastik təklif

PSJ rəhbərliyindən icazəsiz Səudiyyə Ərəbistanına getdiyi üçün iki həftəlik cəzalandırılan Lionel Messi “Əl-Hilal”l a gizli danışıqlar aparıb.

Metbuat.az xəbər verir ki, bu barədə “The Telegraph” xəbər dərc edib. İddialara görə, klub Messiyə illik 400 milyon avro ödəməyə hazırdır. Bildirilir ki, “Əl-Hilal”ın 400 milyonluq təklifi barədə bundan əvvəl mediada xəbər dərc edilmişdi. İddia edilir ki, tərəflər detallar barədə müzakirə aparıb.

Qeyd edək ki, Messi Fransa çempionatının 33-cü turunda “Loryan”la oyunda (1:3) məğlub olandan sonra Səudiyyə Ərəbistanına gedib. Rəhbərlik Messini razılaşdırılmamış səfərə görə cəzalandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı