"Avroviziya 2023" şərhçimiz bəlli oldu

"Avroviziya 2023" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycandan builki şərhiçisinin kimliyi açıqlanıb.

Metbuat/az xəbər verir ki, yarışmada şərhçi aparıcı Azər Süleymanlı olacaq.

Xatırladaq ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları "Tell me more" mahnısı ilə təmsil edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR