Məsuliyyətə cəlb olunmamaq üçün bu addımı atdı - FOTO

Meyxanaçı Pərviz Bülbülə kriminalla aləmlə bağlı göndərilən meyxana sifarişlərinə dair açıqlama yayıb.

Metbuat.az xəbər verir ki, bu barədə o, "Instagram" səhifəsində paylaşımı edib.

O qeyd edib: “İfa etdiyim meyxana və musiqili meyxanalarda cinayətkarlığı və kriminal aləmi, eləcə də ayrı-ayrı kriminal həyat tərzi keçirən şəxsləri təbliğ etmək qanunla müəyyən olunmuş qaydada məsuliyyətə səbəb olduğundan, bu kimi müraciət və sifarişlərin tələb olunması qanuna müvafiq deyil!

Əks halda cinayət məsuliyyətinə cəlb olunacağımı nəzərə alaraq bu kimi sifarişlərin dayandırılmasını xahiş edirəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı