PSJ-nin cəzasına Messidən ŞOK CAVAB

Argentina millisinin kapitanı Lionel Messi yaxın günlərdə PSJ ilə müqaviləsini ləğv etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə “Transfer News Live” sosial şəbəkəsində “Le Parisien” nəşri məlumat yayıb. Hücumçu on gün ərzində azad agent ola bilər və Fransa futbol çempionatının mövsümünün sonuna qədər oynamağına ehtiyac qalmaz. Bundan əvvəl klub Messini Səudiyyə Ərəbistanına razılaşdırılmamış səfər etdiyinə və məşqi buraxdığına görə iki həftə əsas komandadan uzaqlaşdırmaq barədə qərar qəbul edib.

Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununda bitir. Mətbuat dünya çempionunun MLS klublarından birinə və ya Səudiyyə Ərəbistanına keçə biləcəyi ilə bağlı xəbərlər yayıb. Messinin karyerasını davam etdirmək üçün başqa bir seçimi “Barselona”ya qayıtmaqdır. Futbolçu 2003-2021-ci illərdə kataloniyalıların şərəfini qoruyub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı