Yol-hərəkəti qaydalarını pozan sürücü barəsində tədbir görülüb.
Metbuat.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, itifadəsində olan "BMW" markalı avtomobili təhlükəsizlik kəməri taxmadan, eləcə də sükandan əllərini çəkərək idarə edən və bununla bağlı sosial şəbəkələrdə video paylaşan vətəndaş Sahil Dövlətov Baş DYP İdarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılmış və törətdiyi inzibati xətalara görə barəsində qanunamüvafiq tədbirlər görülüb.