Bu gün birinci yarımfinalıdır

Bu gün “Avroviziya” mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.

Metbuat.az xəbər verir ki, yarışma Liverpulda olacaq.

Azərbaycanı təmsil edən Tural və Turan Bağmanov qardaşları 12-ci nömrə altında səhnəyə çıxacaqlar.

Qeyd edək ki, bu il Ukrayna adından Britaniyanın Liverpul şəhərində keçirilən müsabiqənin növbəti yarımfinal 11 mayda, final isə mayın 13-də keçiriləcək. Azərbaycanı Tural və Turan Bağmanov qardaşları “Tell me more” mahnısı ilə təmsil edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR