Corcinanın bu görüntüləri Ərəbistanda etirazla qarşılandı - FOTO

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes öz İnstaqram hesabında bikinidə fotolarını paylaşıb.

Metbuat.az qoll.az-a istinadən xəbər verir ki, bu, bir çox izləyicilər tərəfindən tənqid olunub.

Səudiyyə Ərəbistanında açıq-saçıq fotoların sosial şəbəkələrdə paylaşılması qadağandır. Ronaldo və Corcina Səudiyyə Ərəbistanında yaşadıqları üçün izləyicilər argentinalı modelin bu addımına mənfi reaksiya veriblər.

Hətta onlardan bəziləri yazıb: "Corcina, əyninə nəsə geyin, Allah səni islah etsin", "Bu şəkilləri çəkdirdiyin üçün Tanrıdan bağışlanmağını diləməlisən".

Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabrın 30-da "Əl-Nəsr"ə tansfer olunub. Buna görə də cütlük hazırda Səudiyyə Ərəbistanında yaşayır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR