"Mançester Siti"nin futbolçusu Erlinq Haalandın atası Alf-İnqe “Real Madrid”lə (1:1) oyun zamanı VİP tribunadan qovulub.
Metbuat.az xəbər verir ki, buna onunla “Real Madrid” azarkeşləri arasında gərginliyin yaranması səbəb olub. Bildirilir ki, o, oğlunun uğursuz oyun sərgilməsinə görə əsəblərinə hakim olmayıb. Alf-İnqe Haaland "Real"ın azarkeşlərini təhqir edib və onlara yemək atıb. Bundan sonra o VİP tribunadan uzaqlaşadırılıb.