Heydər Əliyev müasir dünya tarixinə parlaq iz qoymuş dahi şəxsiyyətdir - Cavanşir Paşazadə

"Ümumilli lider Heydər Əliyevin bizə miras qoyduğu ideallar və siyasi kurs daim ölkəmizə yeni uğurlar qazandıracaq".

Metbuat.az xəbər verir ki, bu fikirləri sonxeber.az-a deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyev ömrünü vətəninə və xalqına həsr edən müdrik şəxsiyyətdir:

"Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq iz qoymuş dahi şəxsiyyət və müdrik dövlət xadimi kimi düşüb:

"Heydər Əliyevin həyat yolu və zəngin irsi hər bir azərbaycanlı üçün məktəbdir. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin xilaskarı kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıb. Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu və müstəqil Azərbaycan naminə göstərdiyi xidmətlər gələcək nəsillər tərəfindən daim dərin ehtiram və böyük hörmətlə yad ediləcək. Məhz Heydər Əliyevin əsasını qoyduğu uğurlu daxili və xarici siyasəti nəticəsində bu gün Azərbaycan regionda öz sözünü deyən güclü dövlətdir. Bu gün ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində müasir müstəqil Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir. Bu gün ümumilli lider Heydər Əliyevin ona miras qoyduğu siyasəti uğurla davam etdirən cənab prezident İlham Əliyevin zəhmətləri sayəsində bu gün Azərbaycan regionda öz sözünü deyən güclü dövlətdir. Azərbaycan xalqı var olduqca ulu öndər Heydər Əliyev daim qəlblərdə yaşayacaq və onun müdrik siyasi irsi gələcək nəsillər tərəfindən öyrəniləcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR