"Ulu Öndərin əziz xatirəsi daim böyük ehtiramla yad olunacaq" - Xanlar Vəliyev

"Xalqımızın və vətənimizin taleyində müstəsna rolu olan, istiqlalımızın və firavan istiqbalımızın müəllifi, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev daim dərin məhəbbətlə xatırlanacaq, nəhəng tarixi şəxsiyyətin doğum günü hər il respublikamızda, eləcə də ölkə hüdudlarından xeyli uzaqlarda böyük təntənə ilə qeyd ediləcək, əbədiyaşar liderimizin əziz və unudulmaz xatirəsi həmişə yüksək ehtiramla yad olunacaqdır".

Metbuat.az xəbər verir ki, bu sözlər Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyevin bu gün "Respublika" qəzetində dərc edilmiş "Ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan güvənli əllərdədir" sərlövhəli məqaləsində qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı