Özündən 50 yaş böyük şəxslə ailə quran model tənqidlərə cavab verdi - FOTOLAR

Braziliyanın Aracauria şəhərində 65 yaşlı bələdiyyə sədri Hissam Hüseyn Dehaini ilə evlənən 16 yaşlı Kauane Rode açıqlama verib.

Metbuat.az xəbər verir ki, 16 yaşlı qız əleyhinə səslənən fikirlərin onun üçün mənasız olduğunu, etirazlara əhəmiyyət vermədiyini ifadə edib. Gözəllik yarışmasının mükafatçısı olan Kauane Rode həyat yoldaşı ilə fotosunu sosial mediada paylaşaraq "Düzünü desəm, önəmli olan odur... Sadəcə, bizi maraqlandırmır” - deyə yazıb. Qız xoşbəxt olduğunu qeyd edib.

Qeyd edək ki, 65 yaşlı bələdiyyə sədri ilə ailə quran 16 yaşlı Kauane Rode “Miss Araucaria” yarışının ikincisidir. 16 yaşlı qızla ailə qurandan sonra sərt reaksiya ilə üzləşən Hissam Hüseyn Dehaini partiyasından istefa verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı