Zelenski Romaya getdi - Roma papası ilə görüşə bilər

Ukrayna prezidenti Vladimir Zelenski Romaya gəlib.

Metbuat.az xəbər verir ki, "Corriere della Sera" qəzetinin məlumatına görə , onu hava limanında İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani qarşılayıb.

Maraqlı məqam odur ki, son ana qədər Zelenskinin İtaliyaya səfəri ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. "Quirinal" sarayındakı mənbələr qeyd ediblər ki, Zelenskinin səfəri dövlət səfəri sayılmır.

Ukrayna lideri daha sonra İtaliya baş naziri George Meloni ilə görüşəcək. Zelenski çox güman ki, onunla silah təchizatı məsələsini müzakirə edəcək.

Roma Papası Fransiskin də Zelenskini qəbul edəcəyi ilə bağlı məlumatlar var. Bu barədə TASS-a etibarlı mənbələrdən bildirilib ki, Ukrayna tərəfinin cəhdlərinə əsasən görüşün baş tutma ehtimalı çox yüksəkdir. Lakin rəsmi Vatikandan görüşlə bağlı heç bir şərh verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı