Elxan Qasımovun son durumu necədir?

Əməkdar artist, kinorejissor Elxan Qasımovun ağciyərləri süni ventilyasiya cihazından ayrılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Report”a kinorejissorun qızı Kəmalə Qasımova məlumat verib.

Onun sözlərinə görə, atası hələ də reanimasiyadadır və böyrəkləri dializ olunur: “Ehtiyac olduqda qan köçürülür. Ağciyərləri süni ventilyasiya cihazından ayrılıb. Ümumi vəziyyəti nəzarətdə saxlanılır. Hərdən ayılıb, gözünü açır. Amma hələ ki danışa bilmir. Danışdırmaq da olmaz. Boğazında traxeostomik boru var. Həkimlər dəqiq söz deyə bilmir. Vəziyyətində cüzi irəliləyiş var, amma kritik mərhələ tam bitməyib. Çoxlu qan itirib deyə, bədəni zəifləyib”.

Qeyd edək ki, 78 yaşlı Əməkdar artist bir neçə gün öncə aorta anevrizmasının partlaması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı