Xartumdakı səfirlik binasına basqın edildi

Kuveytin Sudanın paytaxtı Xartumdakı səfirlik binası nəzdindəki iqamətgaha basqın edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Küveytin Xarici İşlər Nazirliyi məlumat verib. Məlumata görə, səfirliyin Hərbi İdarəsinin rəisinə məxsus iqamətgaha zərər vurulub. Nazirlik, basqını pisləyərək Sudan hökumətini və bütün münaqişə tərəflərini diplomatik missiya mərkəzlərinin tam mühafizəsini təmin etmək üçün lazımi tədbirlər görməyə çağırıb. Nazirlik, basqına görə məsuliyyət daşıyan cinayətkarların cəzalandırılmasını tələb edib.

Qeyd edək ki, bundan əvvəl Xartumda Səudiyyə Ərəbistanı və İordaniya səfirliklərinə və əlaqədar binalara müxtəlif basqınlar həyata keçirilib, binalara zərər verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı