Dövlət Baxçalı TBMM-in müvəqqəti sədri olacaq

“Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisinə müvəqqəti sədrlik edəcək”.

Metbuat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN Türk" və "Kanal D"nin ortaq yayımında deyib.

Ərdoğan bildirib ki, parlament seçkilərində MHP 51 deputat yeri əldə edib:

“Dövlət müvəqqəti Məclisin sədri olacaq, biz onunla bu prosesi keçmişik. Onun haqqıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı