Zelenskiyə şok təklif : Lazımdırsa, istefa ver

Başda Polşa olmaqla bir qrup Avropa dövləti gizli şəkildə Ukrayna Prezidenti Volodimir Zelenskini müharibəni dayandırmağa çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə amerikalı jurnalist və “Pulitzer” mükafatı laureatı Seymur Herş bildirib.

“Bu qrupa Polşa rəhbərlik edir… O, gizli şəkildə Zelenskini münaqişəni sona çatdırmaq üçün bir yol tapmağa çağırır - hətta bunun üçün istefa vermək lazım olsa da”, - deyə jurnalist bildirib.

S.Herşin sözlərinə görə bu qrupa Baltikyanı və Şərqi Avropa ölkələri, xüsusən də Macarıstan, Latviya, Litva və Estoniya daxildir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı