Paşinyanın oğlu oğurlandı, qaçmaq istəyərkən yaralandı - TƏFƏRRÜAT / YENİLƏNİB

Ermənistan polisi baş nazir Nikol Paşinyanın oğlundan oğurlanması cəhdi ilə bağlı məlumat alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin İnformasiya Departamentinin rəis müavini Edqar Canoyan bildirib.

Onun sözlərinə görə, daxil olan məlumatla bağlı lazımi tədbirlər görülür, hazırlanmış sənədlər Ermənistan Respublikası İstintaq Komitəsinə göndərilib.


16:29

Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamağa cəhd edilib.

Metbuat.az "Aykakan Jamanak"a istinadən xəbər verir ki, Paşinyanı oğurlayanlar "Oğulların çağırışı" adlı QHT üzvləridir:

"İlkin məlumatlara görə, adam oğurluğunda iştirak edənlər Aşot Paşinyanı avtomobilinə minməyə məcbur edən "Oğulların çağırışı" QHT üzvləridir. Lakin Aşot Paşinyan maşından düşə bilib. Bu zaman təşkilatın arxasından gələn avtomobil onu vurub. Nəticədə Aşot Paşinyanın ayağı xəsarət alıb, "Oğulların çağırışı" QHT üzvləri hadisə yerindən qaçıblar. Aşot Paşinyan hüquq-mühafizə orqanlarına müraciət edib", - deyə nəşr qeyd edib.

Qeyd edək ki, "Oğulların çağırışı" 44 günlük müharibədə həlak olan erməni hərbçilərin valideynləri tərəfindən yaradılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı