Bakıda qəza - Xəsarət alan var

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi olub.

Metbuat.az xəbər verir ki, qəza Bakıxanov küçəsi ilə Tbilisi prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, yol kəsişməsində “Mercedes” və “Toyota Camry” markalı minik avtomobilləri toqquşub. Avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hadisədə bir nəfər xəsarət alıb. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR