Ərdoğan müjdə vermişdi - Rusiya təsdiq etdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova taxıl sazişinin 2 ay müddətinə uzadıldığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, o bildirib:

“Türkiyə prezidentinin taxıl sazişinin iki ay uzadıldığına dair bəyanatını təsdiq edirik. Beləliklə, qlobal ərzaq təhlükəsizliyini təmin etməyə sözdə deyil, praktiki olaraq kömək etmək üçün bir şans daha verilir. 2022-ci ilin iyulunda İstanbulda imzalanmış müqavilələrə prinsipial münasibətimiz dəyişməyib və onların həyata keçirilməsində problemlər var. Razılaşma mümkün qədər tez düzəldilməlidir”.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan taxıl müqaviləsinin daha iki ay uzadıldığını açıqlayıb. Türkiyə və Birləşmiş Millətlər Təşkilatının təşəbbüsləri ilə Rusiya və Ukrayna arasında imzalanan taxıl sazişi, Ukrayna taxılının Qara dəniz vasitəsilə dünyaya daşınmasını hədəfləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı