Bakı-Şamaxı yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Metbuat.az xəbər verir ki, "Toyota Prius" markalı avtomobil piyada 2001-ci il təvəllüdlü Rüstəmov Vüqar Pünhan oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Yaxınlarının verdiyi məlumata görə, V.Rüstəmov Vətən müharibəsi qazisidir. Onun əslən Şamaxıdan olduğu bildirilir.