Ərdoğan vətəndaşlara müraciət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan vətəndaşlarına müraciət edib.

Metbuat.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

Türkiyə lideri müraciətində yüksək seçici fəallığı ilə seçkilərin ilk turunu uğurla başa vurduğunu xatırladıb: "Bütün çətinliklərə baxmayaraq, vətəndaşlıq vəzifənizi ən gözəl şəkildə icra etdiniz. Mənə və "Cümhur İttifaqına" hörmət göstərdiniz. Terror təşkilatı üzvlərinin təzyiqlərinə və iradənizi qırma cəhdlərinə məğlub olmadınız. Türkiyə demokratiyasının gücünə güc qatdınız".

Ərdoğan hər bir seçicinin adının siyasət tarixinə qızıl hərflərlə yazıldığını söyləyib: "Buna görə sizə zəmimi qəlbdən minnətdaram. İndi qarşımızda prezident seçkilərinin ikinci turu var. Xaricdə və gömrük məntəqələrində səsvermə prosesi sabah başlayır. Odur ki, hər kəsi səsverməyə çağırıram. İnşallah, bu sınaqdan da alnıaçıq çıxacağımıza ürəkdən inanıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı