Ərdoğan: "Biz Qərbin yox, Türkiyənin istədiyini edirik"

"Biz Qərbin yox, Türkiyənin istədiyini edirik. "Qərb nə istəsə, edəcəyik" deyə siyasət kitabımızda belə bir şey olmayacaq".

Metbuat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Hemşehri Dernekleri Buluşma proqramında deyib.

Seçkiqabağı təbliğatında Rusiya ilə ziddiyətli siyasət yürüdəcəyi, ölkəni Qərbin üzünə tam açacağı ilə bağlı fikirləri ilə gündəm yaratmağa cəhd edən CHP lideri Kamal Kılıçdaroğluna cavab olaraq Türkiyə lideri bildirib ki, ölkəsinin tam müstəqil siyasi xətt yürütməsinin tərəfdarıdır:

"ABŞ F-16-ları vermədi, S-400-lər almağa qərar verdik. Öz haqqımızı qoruduq, geri çəkilmədik. Biz Qərbin yox, Türkiyənin istədiyini edirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı