Vasif Məhərrəmli qızına bunu qadağan edib

Əməkdar artist Vasif Məhərrəmli qızı Əfşana qoyduğu qadağadan danışıb.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" verilişində bəhs edib. O bildirib ki, övladı artıq heç bir verilişə onunla birlikdə getmir:

"Qızımın 21 yaşı var. Artıq heç bir efirə, çəkilişə getmir. Qızımın 15 yaşını təmtəraqlı qeyd etdim. Sonra ona dedim ki, bundan sonra mən tərəfdən keçirilən sonuncu ad günüdür. Daha müğənnilər, dostlar gəlsin olmayacaq. Dedim ki, sənə 20 yaş keçirə bilmərəm. Artıq bunu özün edəcəksən. Biz nə etsək də mental dəyərlərimiz var. Həmin adət-ənələri saxlayırıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı