Stoltenberqdən sonra NATO-ya Baydenin həyat yoldaşı gəlir? - İDDİA

Xəbər verdiyimiz kimi, NATO-nun Baş katibi Yens Stoltenberqin səlahiyyət müddəti payızda başa çatır. Baş katib mandatının uzadılmasını istəmir.

9 il NATO-da Baş katib olan Yensdən sonra bu posta kimin gələcəyi isə maraq doğurur.

Metbuat.az xəbər verir ki, hazırda 31 ölkə NATO-ya üzvdür. Xarici KİV yazır ki, yeni Baş katib ABŞ, Almanya, Fransa, Birləşmiş Krallıq və Baltik ölkələrindən seçilə bilər. Siyahıda Kanada da var. NATO-nun 31 üzvündən 21-nin Aİ üzvü olduğunu xatırladanlar isə Baş katibin Avropa ölkəsindən seçilməli olduğunu vurğulayır.

Adları keçən şəxslərdən biri Böyük Britaniyanın müdafiə naziri Ben Uollesdir. İngiltərə Baş naziri Rişi Sunak da Uollesin beynəlxalq arenada həmkarları arasında çox hörmətli bir ad olduğunu ifadə edərək, Uollesin arxasında olduğunu dilə gətirib. Almaniya mətbuatına açıqlama verən nazir bundan məmnunluq duyacağını bildirib.

Digər namizəd isə Hollandiyanın baş naziri Mark Ruttedir. Ruttenin tezliklə siyasətdən gedə biləcəyini bildirir.

Kanadanın baş nazirinin müavini Kristia Frilandın da Vaşinqton tərəfindən dəstəkləndiyi iddia edilir. Digər tərəfdən, Estoniyanın baş naziri Kaja Kallas NATO Baş Katibliyinə təklif edilən digər şəxsdir.

Adı çəkilən namizədlər arasında ən çox maraqla qarşılanan isə ABŞ-nin Prezidenti Cozef Baydenin həyat yoldaşı Cill Baydendir.

Adları qeyd edilən şəxslər xarici mətbuatın mənbələrinə istinadən yaydığı məlumatlardır. Yeni dönəmdə Stoltenberqdən sonra Baş katibliyə gələn şəxsin kimliyi hələki sual altındadır.

Xatırladaq ki, Stoltenber 9 ilə yaxındır ki, bu vəzifəni icra edir və bu postda 3 dəfə mandatını uzadıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı