13 yaşlı qızı qaçıran şəxs saxlanıldı

Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

O bildirib ki, rayon sakini Ə.Tağıyevanın Xaçmaz rayonuna ailə qurmaq məqsədilə ilə qaçması ilə əlaqədar araşdırmalar davam etdirilir.

“Qeyd edim ki, Ə.Tağıyevanın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Faktla bağlı əlavə məlumat veriləcək”, - DİN rəsmisi vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR